Fransa Niger üsyançılarını hərbi müdaxilə ilə hədələyir

post-img

Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib ki, hərbi müdaxilə çevrilişə cəhdin olduğu Niger üçün çox real ssenaridir.

France Info xəbər verir ki, onun sözlərinə görə, söhbət Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) dövlətlərinin mümkün əməliyyatından gedir.

“Bu, real təhlükədir. Bu ölkələrin müdaxilə təhlükəsi çox ciddi qəbul edilməlidir. Çevriliş iştirakçılarının hələ də hakimiyyəti ötürməyə vaxtı var”, - deyə Kolonna bildirib.

O əlavə edib ki, üsyançılar həm ECOWAS-ı, həm də Niger prezidenti və hökumətini dəstəkləyən bütövlükdə beynəlxalq ictimaiyyəti dinləməlidirlər. Ketrin Kolonna qeyd edib ki, o, Afrika ölkəsində vəziyyətin hərbi müdaxilə olmadan nizamlanmasına ümid edir.

"Xalq qəzeti"

Dünya