Məşhur repçi Jah Khalib dünya çempionatının qonağı olacaq

post-img

Azərbaycan Atıcılıq Federasiyasının məlumatına görə, məşhur repçi Jah Khalib Bakıda keçiriləcək Atıcılıq üzrə 53-cü Dünya Çempionatının xüsusi qonağı olacaq. 

Dünya çempionatının rəsmi açılış mərasimi avqustun 15-də Bakı Kristal Zalında keçiriləcək. 2000-dən çox xarici qonağın qatılacağı, internetdə və peyk vasitəsilə dünyanın bir sıra ölkələrində canlı yayımlanacaq açılış mərasimində nümayiş etdiriləcək kompozisiyanın ssenarisi Azərbaycan xalqını tanıtmaq üzərində qurulub. Tədbirdə Uşaq Avroviziyasının qaliblərindən olan Sona Əzizova və Sevda Ələkbərzadə də çıxış edəcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman