Türkiyədə yeni neft yataqları axtarılır

post-img

Türkiyə mediasında yayılan məlumatda bildirilir ki, qardaş ölkənin Gümüşhane Universitetinin alimləri 1926-cı və 1930-cu illərdə Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi tərəfindən Bayburtda aparılan neft kəşfiyyatı işlərini dərinləşdiriblər. 

Bölgədə neft ehtiyatları olduğunu müəy­yənləşdirən elm adamları bu ərazidə fəaliy­yətin zəruriliyini vurğulayıblar. Ərzincandakı neft sızıntıları ilə bağlı rus neftinə bənzər əlamətin mövcudluğuna dair məruzələr də edilib. 

Gümüşhane Universiteti geofizika mü­həndisliyi fakültəsinin rəhbəri professor Na­fiz Maden Aşağı Çimağıl kəndində gördükləri işlər nəticəsində suyun səthində neft sızıntı­larının müşahidə edildiyini, hətta neft iyinin də hiss olunduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində 150 milyon barel xalis neft ehtiyatı olan, təxminən 21,3 milyon ton ehti­yata malik yatağın kəşf edildiyini açıqlamışdı. 

“Xalq qəzeti”

Dünya