Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edib

post-img

Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan Mərkəzi Seçki Komisiyasının nümayəndələri müşahidəçi qismində iştirak ediblər. Komisiyasının sədri Məzahir Pənahov Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxocayevlə görüşüb. Bu barədə qəzetimizə Azərbaycan MSK-dan məlumat verilib.

Məlumata görə, görüş zamanı Mə­zahir Pənahova prezident seçkilərinə hazırlıqlar, bu məqsədlə atılan addım­lar, prosesə qatılan beynəlxalq və yerli müşahidəçilər, eləcə də səsvermə pro­sesi haqqında ətraflı məlumat verilib.

Azərbaycan Mərkəzi Seçki Komi­siyasının nümayəndələri 3 xətt üzrə – Mərkəzi Seçki Komisiyasının, Türk Dövlətləri Təşkilatının və Müstəqil Döv­lətlər Birliyinin dəvəti ilə seçkilərdə mü­şahidəçi kimi iştirak ediblər. Daşkənd ərazisində 30-dan çox məntəqədə mü­şahidə aparan nümayəndə heyətimiz seçkilərin nəticəsinə kölgə sala biləcək hər hansı bir neqativ halla rastlaşma­yıb. Müşahidəçilərin rəylərinə əsasən, bütün səviyyələrdə seçkilərin hazırlan­ması və keçirilməsində seçki komis­siyalarının peşəkarlığı hiss olunurdu və sakit atmosferdə keçən səsvermə prosesində seçicilər azad və sərbəst şəkildə öz seçki hüququnu gerçəkləşdi­rirdilər. Səsvermə huququ olan 19 445 258 vətəndaşdan, təxminən, 70 faizinın aktiv iştirak etdiyi seçkilər şəffaf keçiri­lib.

Özbəkistan MSK-nın verdiyi ilkin məlumata görə, hazırkı Prezident Şav­kat Mirziyoyev 4 namizəd arasında 87,05 faiz səs toplayaraq, yenidən döv­lət başçısı seçilib.

Rüfət MƏHƏRRƏMOV

Dünya