Yaponiyanın baş naziri Kişida NATO sammitində iştirak edəcək

post-img

Yaponiyanın baş naziri Hirokazu Matsuno bildirib ki, Yaponiyanın baş naziri Fumio Kişida NATO və Yaponiya-Aİ sammitlərində iştirak etmək üçün Avropaya səfər edəcək. Bu barədə RİA Novosti məlumat yayıb.

“Yaponiyanın baş naziri Fumio Kişida iyulun 11-13-də Litvada Vilnüsə və Belçikada Brüsselə səfər edəcək. Litvada o, NATO sammitində, Belçikada - Yaponiya-Aİ-nin növbəti sammitində iştirak edəcək. Baş nazir Kişidanın NATO-nun bu il keçiriləcək sammitində iştirakı ikinci dəfə olacaq”, - məlumatda deyilir.

Matsuno bildirib ki, Kişida Yaponiya-NATO əlaqələrinin gücləndirilməsinin əhəmiyyətindən danışacaq.

Bundan əvvəl Cənubi Koreya prezidenti Yoon Suk-yeol Şimali Atlantika Alyansının Vilnüsdə keçiriləcək iyul sammitində şəxsən iştirak edəcəyi bildirilirdi. Yonhap-ın məlumatına görə, NATO sammitindən sonra Cənubi Koreya prezidenti Polşaya gedəcək və orada həmkarı Anjey Duda ilə görüşəcək. Eyni zamanda, agentlik vurğulayır ki, Polşa və Litvaya səfərləri zamanı Yoon Suk-yeol Ukraynaya səfər edə bilər. Lakin Cənubi Koreya liderinin mətbuat xidməti indiyədək belə planların mövcudluğunu təkzib edib.

"Xalq qəzeti"

Dünya