Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 220 Bakı şəhəri, 4 iyul 2023-cü il

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv­lət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli Qərarında dəyişik­lik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasının Ailə, Qadın və Uşaq Problemlə­ri üzrə Dövlət Komitəsi haqqında Əsas­namə”nin 16-cı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv­lət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli Qərarının (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1152; 2007, № 6, maddə 702; 2010, № 5, maddə 472; 2012, № 4, maddə 390; 2016, № 5, maddə 966; 2017, № 3, maddə 489; 2020, № 7, maddə 994) 1-ci hissəsi aşağıdakı redaksiyada ve­rilsin:

“1. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdi­rilsin və aşağıdakı tərkibdə təsdiq edil­sin:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə məsələləri şö­bəsinin müdiri 

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Qadın və gender məsələləri şöbəsinin müdiri 

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq məsələləri şöbəsinin müdiri 

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi-təminat şö­bəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Analitik təhlil və in­formasiya şöbəsinin müdiri.”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları