ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda şam yeməyində atəş açan şəxsin xəstə olduğuna inanır, lakin özünün hədəf olduğuna əmin deyil.
Bu barədə “İnterfaks.ru” məlumat yayıb.
"Bilmirəm. Onun radikallaşması haqqında oxudum. Yazdıqlarından görünür ki, ağır həyat yaşayıb. O, yəqin ki, kifayət qədər xəstə adam olub”, - deyə Tramp CBS News-a atəş açan şəxs tərəfindən hədəfə alınıb-alınmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
Bundan əlavə, Amerika lideri məxfi xidmətin yaxşı işini qeyd edib: “O (atəş açan) da səriştəsiz idi, çünki tutuldu. Və o, çox asanlıqla tutuldu. Bu uşaqlar (məxfi xidmət) dünən gecə yaxşı iş gördülər. Onlar həqiqətən də yaxşı iş gördülər”, - deyə prezident bildirib.
Tramp hadisə zamanı xəsarət almaq qorxusu hiss etmədiyini qeyd edib: “Narahat deyildim. Həyatı başa düşürəm. Biz dəli bir dünyada yaşayırıq”.
P.ƏMİRCANOV
XQ

