Ukrayna ordusu Rumıniyada F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcək. TASS xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyasından məlumat verilib.
“Görüşdə Rumıniyanın yeni transatlantik layihədə, yəni ölkədə F-16 təyyarələrinin pilotlarının hazırlanması üçün strukturun yaradılmasında iştirakı nəzərdən keçirilib. Digər müttəfiqlərlə və bu döyüş təyyarəsini hazırlayan şirkətlə birlikdə Rumıniyada bu təyyarələri idarə edəcək pilotların hazırlanması üçün regional mərkəz yaradılacaq”, - administrasiyadan bildiriblər.
Qeyd olunur ki, mərkəz F-16 təyyarələrini idarə edən rumıniyalı pilotlara təlim keçəcək. Eyni zamanda, struktur daha sonra müttəfiq dövlətlərdən və NATO tərəfdaşlarından, o cümlədən Ukraynadan olan pilotların iştirakı üçün açılacaq.
"Xalq qəzeti"