Əlcəzairli nazir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək dəyərləndirib

post-img

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ahmed Attafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşb. 

O, Bakıda keçirilən Qoşulmama Hərə­katının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin beynəlxalq gündəlikdə duran bir çox məsələlərin, o cümlədən ikitərəfli münasibətlərin müzakirəsi üçün uğurlu platforma olduğunu qeyd edib. 

Ölkələrimizi birləşdirən dostluq müna­sibətləri və ortaq dəyərlərdən söz açan parlamentin Sədri Əlcəzairin Ermənistan­la münaqişə dövründə İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanı dəstəklədiyini bildirib, həmçinin Qoşulmama Hərəkatı­nın sədri kimi Azərbaycanın təşəbbüslə­rinə qoşulduğunu xüsusi vurğulayıb. 

Ə.BƏDƏLOV, ”Xalq qəzeti”

Siyasət