Paşinyan Putinə zəng edib

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla “Dağlıq Qarabağ ətrafındakı vəziyyəti” (Azərbaycanın Qarabağ bölgəsi – red.) müzakirə edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.

“Dağlıq Qarabağ ətrafındakı vəziyyət, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib. 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda bildirilir.

Rusiya prezidenti Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Paşinyan və Putin müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

"Xalq qəzeti"

Dünya