Fransa prezidenti Emmanuel Makron ölkədə böhranın kəskinləşməsi halında sosial şəbəkələrin bağlanmasının mümkünlüyünü etiraf edib. BFMTV xəbər verir ki, o, bu barədə iğtişaşlardan zərər çəkmiş şəhərlərin merləri ilə söhbətində bildirib.
Makron qeyd edib ki, gənclər arasında sosial şəbəkələrdən istifadə barədə düşünmək, həmçinin mümkün qadağaları müzakirə etmək lazımdır. Prezident vurğulayıb ki, vəziyyət pisləşdiyi halda sosial şəbəkələri tənzimləmək, hətta söndürməyi bacarmaq lazımdır. Eyni zamanda, Makron xüsusi diqqət yetirib ki, bu məsələnin müzakirəsi “isti başla” aparılmamalıdır.
"Xalq qəzeti"