Ədəbi-bədii tərcümələrdən ibarət kitab nəşr olunub

post-img

Bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun “Qədim yazı (ədəbi-bədii tərcümələr)” adlı kitabı işıq üzü görüb.

Müəllifin 2007-2009-cu illər ərzində orijinaldan – ingilis, fransız, ispan, türk və rus dillərindən etdiyi ədəbi-bədii tərcümələrindən ibarət bu kitabında Çjuan Szı, Viktor Hüqo, Frans Kafka, İvan Bunin, Ernest Heminquey, Corc Oruell, Orxan Vəli, Nazim Hikmət, Qabriel Qarsia Markes, Umberto Eko, Doris Lessinq, Eva dö Vitray-Meyeroviç, Haruki Murakami, Jan-Mari Qustav Leklezio, Mişel Uelbek kimi dünya şöhrətli klassiklərin, o cümlədən müasir qələm ustadlarının yaradıcılıq nümunələri yer alıb. Topluya daxil olan bədii tərcümələr hekayə, şeir və müsahibə janrındadır.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Enbe Monami, texniki redaktoru isə Alik Xankişiyevdir.

Anar ƏLİ,
“Xalq qəzeti”

Mədəniyyət