“Birləşmiş Aviasiya Korporasiyası”nın “İrkutsk” aviasiya zavodu tərəfindən istehsal edilən Su-30SM2 döyüş təyyarələrinin növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
Tədarük ilə bağlı fikirlərini bölüşən “Rostex” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakovun sözlərinə görə, Su-30SM2 tipli təyyarələr istismar illəri ərzində yüksək səmərəliliyini sübut edib.
O da bildirilib ki, “Birləşmiş Aviasiya Korporasiyası”nın “İrkutsk” aviasiya zavodunda dövlət müdafiə sifarişi ilə hava platformalarının istehsalı qrafiklərə uyğun şəkildə davam edir.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”