Xerson vilayətində komendant saatı

post-img

Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində iyunun 13-dən 19-dək komendant saatı elan edilib. Məlumatı UNİAN agentliyi yayıb. 

Bu barədə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağılmasının nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın “Telegram” kana­lında bildirilir. Məlumata görə, bölgədə hərəkət məhdudiyyəti saat 15:00-dan ertəsi gün saat 12:00-dək qüvvədə olacaq.

Operativ qərargahın məluma­tına görə, sakinlər saat 12:00-dan 15:00-dək humanitar yardımların ve­rilməsi üçün xüsusi təchiz olunmuş məntəqələrdən dərman, ərzaq və iç­məli su ala bilərlər.

Ukrayna Daxili İşlər Nazirliyi Kaxovka su elektrik bəndinin dağıdılmasın­dan sonra baş verən daşqınlar nəti­cəsində azı 10 nəfərin öldüyünü, 41 nəfərin isə itkin düşdüyünü təsdiqləyib. Həmçinin bildirilir ki, Xersonda yerli həkimlərlə yanaşı, İsraildən olan kö­nüllülər də zərərçəkənlərə tibbi yardım göstərirlər. Su basmış ərazilərin daim atəşə tutulmasına baxmayaraq, insan­ların təxliyəsi və müalicəsi davam edir.

“Xalq qəzeti”

Dünya