Çin dollar üçün “ən böyük təhlükə”dir

post-img

ABŞ Prezidentinin silahlara nəzarət üzrə keçmiş nümayəndəsi Marşal Billinqsley bildirib ki, Çin dünya bazarında ABŞ dollarının mövqeyinə ciddi təhlükə yaradır.

M.Billinqsleyin fikrincə, Pekin Ru­siyaya qarşı tətbiq edilən sanksiyalar­dan dərs alıb və buna görə də ölkənin iqtisadi təhlükəsizliyini gücləndirməyə başlayıb. Məsələn, Çin qızıl ehtiyatla­rını artırıb və ABŞ dövlət istiqrazlarına investisiyanı azaldıb. Siyasətçi hesab edir ki, Çin Rusiya və Braziliya ilə bir­likdə dolları “əvəz etməyə" çalışır.

“Nəhayət, onlar bunu ABŞ-ı azad dünyanın lideri mövqeyindən uzaqlaş­dırmağın bir yolu kimi görürlər. Qısa müddətdə onlar bunu maliyyədən mil­li təhlükəsizliyimizi təmin etmək üçün alət kimi istifadə etmək qabiliyyətimizi sarsıtmaq kimi görürlər”, – deyə si­yasətçi bildirib.

M.Billinqsley iddia edir ki, Çin də bank sektorunun aktivlərini artıraraq maliyyə sistemini sanksiyalara davamlı edir. Bundan əlavə, Çin ciddi məhdu­diyyətlər tətbiq etməklə, ABŞ iqtisadiy­yatına “cavab zərbəsi vura” bilər.

“Xalq qəzeti”

Dünya