Dünyanın ən iri yaqutu hərracda

post-img

Nyu-Yorkda hərraca çıxarılan ən böyük yaqut 34,8 milyon dollara (28 milyon funt sterlinq) satılıb. 55,22 karatlıq qiymətli daşı hərraca çıxaran Sotheby’s onu “həyatda bir dəfə ola biləcək daş” adlandırıb. 

Qeyd edək ki, keçən il Mozambik­dəki “Fura” yaqut mədənində tapılmış daş cilalanmamış halda 101 karat ağırlığında olub. Ümumiyyətlə isə, beş karatdan çox olan cilalanmış yaqutlara az hallarda rast gəlinir. 

Nadir qiymətli daş portuqal dilində “Fura ulduzu” mənasını verən “Estrela de Fura” adlandırılıb. 

L.QURBANOVA, “Xalq qəzeti”

Dünya