Şairin yuxusu və yox olması...

post-img

Məşhur ingilis şairi Şelli Presli üzməyi bilməsə də, dənizi çox sevərdi. Bir gün o, gəmi almaq qərarına gəlir. Dostları satışa çıxarılmış “Ariel” gəmisini almağı məsləhət görürlər. 

Şelli də gəmini alır. Amma gəmi li­mana gətirilənədək bir neçə gün keçir. Bu müddət ərzində qəribə yuxular, qa­rabasmalar görməyə başlayır. O, gah Corc Bayronun qızı Allerqanı dənizdən çıxan vəziyyətdə görür; gah da qəribə bir fiqur onu qonaq otağına səsləyir və döşəkağını cıraraq, Şelliyə oxşarı­nı göstərir. Lakin şair bunlara əhəmiy­yət verməyərək, gəmi gələndən sonra dənizə çıxmaq qərarına gəlir. Və bir yunqanın müşayiəti ilə dənizə çıxır. 

Üzərini qatı düman örtmüş dənizdə birdən qısamüddətli dəhşətli qasırğa baş verir. Elə ki, külək sakitləşir, hava açılır, hər şey aydın olur: gəmi də, heyəti də həmişəlik yoxa çıxmışdı.

Dünya