Əkiz qardaşların “əkiz” taleyi

post-img

Əkizlərin davranışlarında, hərəkətlərində oxşarlıq adamı heyrətləndirir. Hətta bir-birindən min kilometrlərlə uzaqda yaşayan əkizlər eyni tərzdə davranırlar. 

Məsələn, əkiz Springer qardaşla­rı (ABŞ) anadan olandan bir neçə ay sonra ayrı düşürlər. 39 ildən sonra onlar görüşdükdə məlum olur ki, hər iki qar­daş Linda adlı qadınla evli olub, sonra boşanıblar. Qardaşların eyni rəngli, eyni modelli “Şevrole” maşını olub, hər ikisi polisdə işləyib, asudə vaxtlarında ağac üzərində naxışsalma ilə məşğul olublar. Onların hər ikisi bir-birindən xəbərsiz oğlanlarına Ceyms, Alan adı qoyublar. İtlərinin adı isə Toy olub. 

Görəsən, bu qohum genlərin təsi­rindəndir, yoxsa təsadüfdür? Bəlkə də ekstrasensor qavramanın təzahürüdür? 

Pünhan ŞÖVKƏTOĞLU, “Xalq qəzeti”

Dünya