Yayın əvvəlində yağış, dolu

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xidmə­tinin verdiyi məlumata əsasən iyunun 13-də Bakıda və Abşeron yarımada­sında hava əsasən yağmursuz keçə­cək. Cənub-şərq küləyi əsəcək. Gecə 19-24°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. 

Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə ara­bir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağ­larda gecə 9-14°, gündüz 15-20° isti olacaq. 

 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya