Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti təxminən 27 dəfə azalıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2025-ci ili 21 min manat mənfəətlə başa vurub.

XQ-nin Agentliyin maliyyə hesabatına istinadən məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 26,8 dəfə azalma deməkdir.

Hesabat dövründə EMTA-nın əməliyyat gəlirləri 15,743 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,7% artım deməkdir. Eyni zamanda əməliyyat xərcləri 15,723 milyon manat olub və 16,1% artım qeydə alınıb.

1 yanvar 2025-ci il tarixinə Agentliyin aktivləri 29,794 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 77,6% artım deməkdir. Öhdəliklər isə 2,3 dəfə artaraq 23,356 milyon manata yüksəlib. Balans kapitalı isə 0,3% artaraq 6,439 milyon manat olub.

Qeyd edək ki, EMTA 2018-ci ilin aprel ayından fəaliyyət göstərir və elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində dövlət tənzimlənməsi və nəzarət funksiyalarını həyata keçirir.

İqtisadiyyat