Tədqiqatçılar İsrailin şimalındakı quş müşahidə məntəqəsində quş sümüyü tütəkləri tapıblar. Nadir tapıntının 12 min illik tarixinin olduğu müəyyən edilib. Quş səsini təqlid edən tütəklərdən su quşlarını qorxutmaq üçün istifadə edildiyi güman edilir ki, bir yerə toplaşan quşlar qorxudulub uçurulan zaman onları daha asan tuta bilsinlər.
Başqa bir nəzəriyyəyə görə isə tütəklərdən musiqi ifaları üçün istifadə edilib.
Nümunələr Avropa, Asiya və Afrika arasında səyahət edən milyonlarla quşun illik miqrasiyalarında istifadə etdiyi bataqlıq ərazi olan Hule vadisindəki Einan/Ain Mallaha ərazisində tapılıb.
Einan/Ain Mallaha Levant bölgəsindəki ovçu-yığıcı icmaların Natufian qəsəbəsidir.
L.QURBANOVA, “Xalq qəzeti”

