“SpaceX”də 14 yaşlı mühəndis…

post-img

İlon Maska məxsus “SpaceX” şirkəti “Starlink” bölməsi üçün 14 yaşlı Kairan Quazi adlı tələbəni işə götürüb. O, burada proqram mühəndisi kimi çalışacaq. Yeniyetmə yaşda olan mütəxəssis bu ay Kaliforniyadakı Santa Clara Universitetini bitirəcək. 

Qeyd edək ki, bu, “SpaceX”in ən son işə qəbul etdiyi “texniki cəhətdən çətin” və “əyləncəli” müsahibə prose­sindən keçmiş bir proqram mühəndisi­dir. Kairan Quazini fərqli edən yaşının az olmasıdır. 

ABŞ mətbuatında çıxan xəbərlərə görə, onun İQ səviyyəsi dünya əhalisi­nin 99,9 faizi ilə müqayisədə yüksək­dir, eyni zamanda EQ (emosional intel­lekt) baxımından da məxsusi yer tutur. 

Gənc mühəndis Vaşinqtonda “Spa­ceX”də işə başlamaq üçün Kaliforni­yanın Pleasanton şəhərindən köçməyi planlaşdırır. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya