İkinci Dünya müharibəsində itmiş gəmi Egey dənizində tapılıb

post-img

İkinci Dünya müharibəsi illərində itmiş Böyük Britaniyanın “H.M.S.Triumph” sualtı qayığı Egey dənizində tapılıb. Bu barədə Yunanıstanın “ERT-1” telekanalı məlumat yayıb. 

Məlumdur ki, sualtı qayıq 1942-ci ildə 64 heyət üzvü ilə birgə yoxa çıxıb. O, britaniyalı əsgərləri Yunanıstandan təxliyə edib Yaxın Şərqə gətirməli idi. 

Qayıq üstündən təxminən 80 il keçdikdən sonra dayvinq üzrə təlimatçı Kostas Tokraditisin başçılığı ilə aşkara çıxarılıb, Kea və Kitnos adları yaxınlığında 203 metr dərinlikdə aşkarlanıb. 

P.ƏMİRCANOV,
“Xalq qəzeti”

Dünya