Putin və Lukaşenko görüşüblər

post-img

Rusiya Prezidenti Vladimirt Putin dünən belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb. Prezidentlər görüşdə iqtisadi və digər məsələlərlə yanaşı, təhlükəsizlik problemlərini də müzakirə ediblər. Məlumatı “İzvestiya.ru” verib. 

Soçidə keçirilmiş qeyri-formal görüşdə Putin bildirib: “Həm təhlükəsizlik, həm qarşılıqlı iqtisadi əməkdaşlıq – orda danışmalı çox şeylər var. Bu, bizi sevindirməyə bilməz ki, qarşılıqlı əməkdaşlığımız qeyri-adi dərəcədə keyfiyyətlə inkişaf edir, iqtisadi münasibət strukturlarımız lazımi istiqamətdə dəyişir”.

Putin təhlükəsizlik məsələlərini də “göz-gözə” müzakirə etmək təklifini irəli sürüb. O, əlavə edib ki, taktiki nüvə silahlarının Berlarusda yerləşdirilməsinə iyulun 7-8-də, hazırlıqlar başa çatandan sonra başlanacaq. 

P.ƏMİRCANOV

"Xalq qəzeti”

Dünya