Rusiya səfiri: Ölkələr maliyyə-iqtisadi suverenliklərini artırmalıdır

post-img

ABŞ dövlətlərin suveren aktivlərini dondurmaqla və qeyri-qanuni sanksiyalar tətbiq etməklə dollara etimadı sarsıdıb. Bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov türk nəşrlərindən birinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, ABŞ özünün tərəfdaşlarına təzyiq edərək, onları antirusiya sanksiyalarına qoşulmağa məcbur edir. Nəticədə bir çox şirkətlər ölkəni tərk etməli olur ki, bu da bisnes mühitinə zərbə vurur. 

Yerxov deyib ki, Qərbin təsirindən qurtarmaq istəyən ölkələr “özlərinin maliyyə-iqtisadi suverenliyini artırmalıdır”. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya