Məşhur italyan rəssamı, mühəndis, yazıçı, heykəltəraş və ixtiraçı olan Lenardo da Vinçinin (1452-1514) qəribə yuxu rejimi olub. Belə ki, o, bütün sutka ərzində hər dörd saatdan bir 15-20 dəqiqə yatırmış (ümumilikdə, təxminən, 2 saat). Günün qalan hissədini isə böyük şövqlə işləyirmiş.
Xatırldaq ki, da Vinçi təkrarolunmaz “Mona Liza” tablosunun müəllifidir. Təəssüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır.
Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar etmişdir. Onun çəkdiyi vertolyot, tank, ikigövdəli gəmi və s. eskizlər alimin sonsuz dühasından xəbər verir.
“Xalq qəzeti”