“Bu çiçəkləri dostlara ərmağan edirəm...”

post-img

Bir ziyalı xanım dünən özünün “Facebook” səhifəsində maraqlı paylaşım edib. Orada ibrətamiz bir hekayət yazılıb: 

“Zəngin və harın adam günün birində yoxsul və fağır şəxsə içi çör-çöp dolu səbət uzadır. Kasıb adam səbəti gülümsəyərək alır və oradan uzaqlaşır. Sonra səbəti bo­şaldır və rəngarəng çiçəklər­lə doldurur. Və zəngin ada­mın yanına gedərək səbəti ona uzadır. 

Varlı şaşıraraq soruşur: 

– Mən sənə bir səbət zibil verdim, sən niyə mənə çiçək­lərlə dolu səbət verirsən? 

Yoxsul belə deyir: 

– “Çünkü hər bir insan qəl­bində nə varsa onu verir... 

Deməli, əsl zənginlik yük­sək mənəviyyat sahibi olmaq­dadır.” 

Paylaşımın müəllifi bu he­kayəti bitirib sonda belə yazır: 

“Bu çiçəkləri dostlara ər­mağan edirəm...” 

 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat