Türkiyədə 5,3 bal gücündə zəlzələ olub

post-img

Türkiyənin Niğde vilayətinin Bor rayonunda 5,3 bal gücündə zəlzələ olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 13:27-də (Bakı vaxtı ilə 14:27) qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən yeddi kilometr dərinlikdə yerləşib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bəzi binalarda çatlar əmələ gəlib. Dağıntı və zərəçəkənlərin olmadığı bildirilir. Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Qeyd edək ki, dünən Türkiyənin Malatya vilayətində 4,7, Bingöldə 4,4, Sivasda 4,7, Konyada isə 4,3 bal gücündə yeraltı təkanlar baş verib. AFAD-dan bildirilib ki, Kahramanmaraş zəlzələsindən sonra regionda 10 minə yaxın afterşok meydana gəlib.

Dünya