Növbəti uğurun astanasında

post-img

Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universitetinin nümayəndələri Azərbaycan Turizm və Menecmenet Universiteti ilə həyata keçirilən “Avstriya – Azərbaycan Beynəlxalq Turizm” (AATP) proqramı çərçivəsində ölkəmizdə səfərdə olublar. 

Azərbaycan Respublikasında önəmli beynəlxalq təhsil layihələrindən biri kimi dəyərləndirilən adıkeçən proqram çərçivəsində indiyədək ATMU-nun tələbə-məzunlarından 280 nəfəri məhz inglis dilində  turizm ixtisasına yiyələnib və beynəlxalq təhsil diplomu alib.

Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universiteti nümayəndələrinin ölkəmizə bu dəfəki səfərində başlıca  səbəb  AASCB ( Kollec Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası)üzrə beynəlxalq təhsil sertifikatının əldə olunmasını şərtləndirən müzakirə və qarşılıqlı fikir mübadiləsi aparmaq idi. Məqsədli müzakirələr zamanı Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Dövlət Turizm Agentliyinin (DTA) məsul şəxsləri tərəfindən əhəmiyyətli təkliflər irəli sürülüb. Növbəti iki il ərzində icrası nəzərdə tutulan müştərək işlər və fəaliyyət planı müzakirə predmeti olub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”



Təhsil