Daha 19 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

post-img

Mayın 22-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Sıra baxışında DİN-ə onlayn qay­dada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlar­dan da 19 nəfəri Vətən müharibəsinin iştirakçısıdır. 

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mər­hələlərindən də uğurla keçərək daxili iş­lər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğur­lar arzulayıb, tapşırıq və tövsiyələrini verib. 

Q.QASIMOV, “Xalq qəzeti”

Sosial həyat