“Azəriqaz” yerli istehsal olan sayğacların tətbiqinə başlayır

post-img

Bu ilin mayında SOCAR "Azəriqaz" İstehsalat Birliyinin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədilə "Gəncə Cihazqayırma Zavodu" ASC ilə müqavilə bağlanıb.

Bu barədə SOCAR "Azəriqaz" İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov məlumat verib. O deyib ki, müqaviləyə əsasən, “Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən 2 min ədəd qaz sayğacı “Azəriqaz”a təqdim edilib. İyundan etibarən Gəncə Cihazqayırma Zavodunda ümumilikdə 405 min ədəd sayğacın kütləvi istehsalına başlanılacaq və il ərzində "Azəriqaz" İB-yə təhvil veriləcək. “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq: "Əməkdaşlıq çərçivəsində qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alınacaq, həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılması təmin ediləcək".

Sosial həyat