Şəkərli içkilərin acı nəticəsi

post-img

İspan alimlərinin araşdırmasına görə, tərkibində şəkər olan sərinləşdirici içkilər qablaşdırılmış sudan 100 dəfə çox plastifikatora malikdir. 

Plastifikatorlar elastiklik və davamlılığı təmin etmək üçün plastik qablara əlavə edilən kimyəvi birləşmələrdir. Bu mad­də zaman keçdikcə insan sağ­lamlığına çox ciddi ziyan vurur. Həmçinin nevroloji zəhərlənmə, endokrin pozğunluq, xərçəng xəstəliklərinə səbəb olur. 

Bu birləşmələrin ən yüksək konsentrasiyası şəkərli sərinləş­dirici içkilər və şəkər əlavə edil­miş digər şirələrdə mövcuddur. Belə ki, bu maddələrin həcmi orta hesabla bir litrdə 2,876 və 2,965 nanoqram təşkil edir. 

F.SALMANOVA, “Xalq qəzeti”

Sosial həyat