Bu gün hava necə olacaq?

post-img

Mayın 11-də 

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qı­samüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-14°, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sü­tunundan 765 mm civə sütununa yüksələ­cək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur rayon­larında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağın­tılı olacağı, şimşək çaxacağı, dolu düşə­cəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15°, gündüz 24-29° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan rayon­larında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı ola­cağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8°, gündüz 8-13°, bəzi yerlərdə 15-20° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmur­suz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-14°, gündüz 21-26° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlər­də intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 8-13°, gündüz 20-25°, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdə­mir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqa­bul, Zərdab, Salyan, Neftçala rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi şərq rayonlarında ara­bir güclənəcək. Gecə 11-16°, gündüz 23- 28° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağa­cağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 10-15°, gündüz 20- 25°, dağlarda gecə 9-12°, gündüz 15-20° isti olacaq. 

 

Ekologiya