İspan alimlərinin araşdırmasına görə, tərkibində şəkər olan sərinləşdirici içkilər qablaşdırılmış sudan 100 dəfə çox plastifikatora malikdir.
Plastifikatorlar elastiklik və davamlılığı təmin etmək üçün plastik qablara əlavə edilən kimyəvi birləşmələrdir. Bu maddə zaman keçdikcə insan sağlamlığına çox ciddi ziyan vurur. Həmçinin nevroloji zəhərlənmə, endokrin pozğunluq, xərçəng xəstəliklərinə səbəb olur.
Bu birləşmələrin ən yüksək konsentrasiyası şəkərli sərinləşdirici içkilər və şəkər əlavə edilmiş digər şirələrdə mövcuddur. Belə ki, bu maddələrin həcmi orta hesabla bir litrdə 2,876 və 2,965 nanoqram təşkil edir.
F.SALMANOVA, “Xalq qəzeti”