Xiyarın suyu çox olsa da...

post-img

Tərkibinin böyük hissəsinin su olduğunu bildiyimiz xiyar, əslində, orqanizm üçün çox xeyirli imiş. Mütəxəssislər xiyarın sümüklər üçün də faydalı olduğunu deyirlər. 

Xiyar, xüsusilə, osteoporoz, çat və sınıqlara meyilli kövrək sümük problemi ilə qarşılaşan yaşlılar üçün faydalıdır. Bu məh­sulun zəngin olduğu vitaminlər­dən biri də sümük toxumasını gücləndirməyə kömək edən K vitaminidir. 

Bir xiyarda təxminən 50 mik­roqram K vitamini var ki, bu da gündəlik tələbatın 40 faizindən bir qədər çoxdur. 

Nəfəsi təravətləndirir. – Xi­yar tərkibindəki su, lif və polife­nollar və kimi fotokimyəvi mad­dələrlə ağız qoxusuna qarşı mübarizə aparır. Bu birləşmələr antioksidant xüsusiyyətlərə ma­likdir və ağızda bakteriyaların miqdarını azaltmağa kömək edir. 

Diabetin qarşısını alır. – Xiyarın aşağı glikemik indeksi cəmi 15-dir. Belə qidaları yemək insulin müqavimətini azaltmağa kömək edir və bu da 2-ci tip di­abet riskini azaldır. 

Bədənin nəmləndirilməsi­ni təmin edir. Xiyarın 95 faizi sudan ibarətdir. Bədənin opti­mal işləməsi üçün kifayət qədər maye qəbulu və nəmləndirmə vacibdir. 

Artıq çəkidən xilas edir.– Yüksək su tərkibinə görə, xiyar son dərəcə doyurucu və çox aşağı kalorilidir - arıqlamaq istəyənlər üçün ən yaxşı qəlya­naltılardan biridir. 

Qəbizliyin qarşısını alır.– Qabıqları ilə birlikdə yeyilən xi­yar bədəni bol su və liflə təmin edir, bu, bağırsaq hərəkətliliyini stimullaşdırmaq və qəbizliyin qarşısını almaq üçün ən yaxşı birləşmədir. 

Şişkinliyi azaldır. – Yüksək təzyiq üçün faydalıdır. Xiyarda yüksək miqdarda kalium var. Ka­lium, bədəndən artıq natriumun xaric edilməsinə kömək etməsi ilə məşhurdur, duzun yığılma­sı suyun bədəndə qalmasına, ödemə səbəb olur və qan təz­yiqini artırır. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat