“Rehabus” layihəsi üzrə 2,2 min nəfər əlilliyi olan şəxsə xidmət göstərilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 2,2 min şəxsə xidmət göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2022-ci ildən icrasına başlanılan layihə Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət  edir.

Layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.

Mustafa Kamal
XQ

Sosial həyat