Keçəlləşməyə qarşı qədim hindu resepti

post-img

Amerikada yaşayan yerli hindu tayfaları xəstəlikləri və digər problemləri təbiətin onlara verdiyi nemətlərdən istifadə edərək müalicə ediblər.

Saç tökülməsi və keçəlləşmə keç­miş zamanlarda da sağlamlıqla bağlı problem sayılırdı. Hindular bunun da çarəsini təbiətdə tapırdılar.

Otuz yaşa qədər saçlar effek­tivliyini saxlasa da, sonradan prob­lem meydana gəlir. “Arab Women's World” YouTube kanalının müəllifləri problemi aradan qaldıran hindu sirrini paylaşıblar. 

Antioksidantlarla zəngin 1 xörək qaşığı qurudulmuş mixək, həmçinin qaşıntıları aradan qaldıran və vax­tından əvvəl saç ağarmasına qarşı 5 dəfnə yarpağı, 3 orta rozmarin (bibə­riyyə, mərzə də adlanır) götürülür. 2 stəkan isti suda 10 dəqiqə dəmlədik­dən sonra həlim süzülür. 

Məhlul saç köklərinə çilənib ovuş­durulur, amma yuyulmur. Prosedur həftədə 2 dəfə təkrarlanmalıdır. İlk həftənin sonu dəyişiklik hiss olunur.

 

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat