Bal məsləhət olsa da...

post-img

Qaraciyərdə problemi olan insanlar bal yeməsələr yaxşıdır. Orqanizm üçün nə qədər faydalı, vacib qida hesab edilsə də, onun zərərli, əsasən də allergik xüsusiyyəti var. Buna görə, allergiyası olanların qida rasionundan balın çıxarılması məsləhətdir.

Şəkər xəstəliyi və artıq çəkidən əziyyət çəkənlərə baldan istifadə et­mək olmaz. Çünki tərkibində şəkər yüksək səviyyədədir. Bal fruktoza mənbəyi olduğundan, qaraciyərə mənfi təsir göstərə bilər. Əgər qara­ciyər problemi olan adam zəifləmişsə, artıq o, qeyri-sağlam hesab edilir. 

Adətən, insan halsız olanda, hər hansı xəstəlikdən sonra zəifləyən­də bir neçə gün bal şərbəti tövsiyə edirlər. Əslində, qaraciyər yağlan­ması diaqnozu qoyulan insanlar bal yeməməlidir.

Orqanizmdə sadalanan problem­lər yoxdursa, 1– 2 çay qaşığı bal zi­yan verməz. Bir şərtlə ki, həmin gün şəkər qəbul edilməsin. Ümumiyyətlə, gümrah qalmaq istəyənlər gündə 30 qramdan artıq şəkər qəbul etməsin­lər.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

Sosial həyat