Prezident: Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməlidir

post-img

Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafı üçün potensial var, ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən bildirib.

Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirlə söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.

Siyasət

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram