Azərbaycan Qarabağın erməni sakinlərinin inteqrasiyasında qərarlıdır

post-img

Dünən Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriyaya işgüzar səfərə gəlib. Səfər çərçivəsində naziri ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. 

Nazir Ceyhun Bayramov bil­dirb ki, Azərbaycan Qarabağ böl­gəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi ölkəmizin siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən in­teqrasiyasında qərarlıdır. 

C.Bayramov sonra bildirib ki, Azərbaycan ATƏT də daxil ol­maqla, müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz, eyni zaman­da, ehtiyacları və prioritetləri əsa­sında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda ma­raqlıdır.

Nazir onu da vurğulayıb ki, Azərbaycan–Ermənistan nor­mallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparılır.

Nazir son bir neçə həftə ər­zində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan ya­ratdığını diqqətə çatdırıb.

Ceyhun Bayramov deyib ki, Azərbaycanı ikitərəfli müzakirələ­rin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıq­larını aradan qaldırmaq üçün Er­mənistan tərəfdən qarşılıqlı siyasi iradə gözləyir. 

***

Bu gün Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiya­nın xarici və Avropa işləri naziri Mi­roslav Vlaxovski, o cümlədən, Slo­vakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Siyasət