Milli Məclisdə Ümummilli Liderə həsr olunmuş xüsusi iclas keçirilir

post-img

Mayın 8-də Milli Məclisdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclas keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar çıxış edirlər. Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda və müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında oynadığı tarixi rol geniş şəkildə təhlil olunur.

Siyasət