Heydər Əliyev və müstəqil dövlətin humanist cəza-icra sistemi

post-img

Müasir Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı dövlət quruculuğunun butun sahələrində həyata keçirilmiş köklü islahatların təşəbbüskarı və təşkilatçısı kimi çağdaş tariximizə qızıl hərflərlə yazılmışdır. 

Müstəqilliyimizin ilk illərində dövlətin taleyuklü problemlərinin həlli ilə əlaqə­dar görülən genişmiqyaslı tədbirlərlə, habelə ölkədə qanunçuluğun möhkəm­ləndirilməsi ilə yanaşı, cəza siyasətinin humanistləşdirilməsi məsələsinə xüsusi diqqət ayrılması, yeni və müasir hüquq təsisatlarının yaradılması, cəmiyyətdə mərhəmətin zirvəsi kimi qəbul olunan əfv və amnistiya institutlarının yeni məzmunda, yəni humanistlik, insanpər­vərlik, ədalət prinsiplərinə əsaslanmaq­la tətbiqinə başlanması və onların daimi xarakter alması, Şərqdə ilk olaraq olüm cəzasının ləğv edilməsi birmənalı ola­raq ümummilli liderin adı ilə bağlıdır.

Müstəqil Azərbaycan Respublika­sında digər hüquqi təsisatlarla yanaşı, cəza-icra sisteminin, yəni cəzaların icrasını həyata keçirən müəssisə və orqanların işinin yenidən təşkili, bu va­cib sahədə uzunmüddətli inkisaf strate­giyasının müəyyən edilməsi, aparılmış köklü islahatlar, onların müsbət nəti­cələri, əldə olunmuş uğurlar, ilk növbə­də, Heydər Əliyevin müstəsna xidmət­lərinin bəhrəsi kimi qəbul edilir.

Ümummilli lider digər sahələrdə olduğu kimi cəza-icra sisteminin isla­hatına da, ilkin olaraq müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və humanistləşdirilməsi ilə start verilmə­sini məqsədəuyğun hesab etmişdir. Bu məqsədlə Heydər Əliyev müəllifi olduğu Azərbaycan Respublikasının yeni Konstitusiyasının müddəalarına, habelə insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq aktlar nəzərə alınmaqla hazırlanmış və Milli Məclis tərəfindən 7 fevral 1997-ci il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikasının İslah-Əmək Məcəllə­sinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublika­sının Qanununu, habelə onun tətbiqi barədə 26 fevral 1997-ci il tarixli Fər­man imzalamışdır. 

İslah-Əmək Məcəlləsinə edilmiş əsaslı dəyişikliklərə baxmayaraq, ümummilli lider cəzaların icrasını tən­zimləyən yeni, müasir və vahid qa­nunun hazırlanmasını daha məqsə­dəuygun hesab edərək, aidiyyəti üzrə tapşırıq vermişdir. Mövcud qabaqcıl təcrubəyə, cəza çəkən şəxslərlə dav­ranışla bağlı beynəlxalq standartlara əsaslanmaqla hazırlanmış Cəzaların İcrası Məcəlləsi 14 iyul 2000-ci ildə qə­bul edilmiş, Heydər Əliyev tərəfindən imzalanaraq və həmin ilin 1 sentyab­rından qüvvəyə minmişdir. 

Ümummilli lider cəza-icra qanun­vericiliyinin təkmilləşdirilməsi ilə ya­nası, istintaq təcridxanalarında və islah-əmək müəssisələrində qanunçu­luğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və bu sahədə hüquqi islahatlar ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsini vacib hesab edərək, 11 fevral 1999-cu il tarixli fərman imzalamışdır. Həmin sənəddə müstəqillik illərində müvafiq müəssisələrdə görulmuş işlərə, əldə olunmuş bir sıra müsbət nəticələrə toxunulmaqla, fəaliyyətdə olan noq­sanlar, mövcud problemlər göstərilmiş və zəruri tədbirlərin görülməsi məqsə­dəuyğun hesab edilmişdir.

Qeyd olunan proqramın icra prose­sində olmasına baxmayaraq, Heydər Əliyev ölkədə hüquqi islahatları davam etdirmək, islah-əmək müəssisələrində və istintaq təcridxanalarında saxlanıl­ma şəraitinin və tibbi xidmətin yaxşı­laşdırılması məqsədilə qanunvericilik, təşkilati və digər əlavə tədbirlərin həya­ta keçirilməsi üçün 9 oktyabr 1999-cu il tarixli fərman imzalamışdir. 

Ümummilli lider Azərbaycan Res­publikasında vahid islah-əmək siyasə­tinin həyata keçirilməsi və istintaq təcridxanalarının fəaliyyətinin Avropa Şurasının standartlarına uyğunlaşdı­rılması, azadlıqdan məhrumetmə bağlı cəzanın və prosessual məcburiyyət tədbirinin icrasının bir mərkəzdən idarə edilməsi məqsədilə 9 oktyabr 1999-cu il tarixli digər Fərman imzalamış, Daxili İşlər Nazirliyinin istintaq təcridxanala­rının bütün ştat vahidləri və balansla­rında olan əmlakla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tər­kibinə verilməsi ilə bağlı qərar qəbul etmişdir. Heydər Əliyevin bu addımı istintaq təcridxanalarının fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermiş, son­radan ölkədə bu növlü yeni və müasir müəssisələrin inşası həyata keçiril­miş, onların fəaliyyətini nizamlayan mütərəqqi qanun qəbul olunmuşdur.

Ulu öndər məhkəmə qərarlarının icrasının daha səmərəli təşkili, habelə cəzaların icrası sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, onun işinə effektiv nəzarətin həyata keçirilməsinin təmi­ni məqsədilə qəbul edilmiş 28 dekabr 1999-cu il tarixli “Məhkəmə nəzarət­çiləri və məhkəmə icraçıları haqqında” Qanunu, habelə onun tətbiq edilməsi barədə 5 yanvar 2000-ci il tarixli Fər­man imzalamışdir. 

Ümummilli lider cəza-icra sistemi­nin fəaliyyəti ilə bilavasitə əlaqədar olan normativ aktlardan əlavə, bir sıra digər, o cümlədən, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı im­zaladığı sənədlərdə də, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və cəza çəkənlərin beynəlxalq tələb­lərə uyğun saxlanması üçün tədbirlə­rin görülməsini zəruri hesab etmişdir. Qeyd olunanlara 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə dövlət başçısının 18 iyun 1998-ci il ta­rixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı misal göstərmək olar. 

Heydər Əliyevin tapşırığı ilə müstəqil Azərbaycan Respublikasının dunya dövlətləri birliyinə inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlaması prosesində cəzaların icrası, həbs edimiş şəxslərin və məhkumla­rın hüquq və azadlıqlarının müdafiəsi sahəsinə də xüsusi əhəmiyyət veril­miş, Avropa Şurası, ATƏT, BQXK və digər beynəlxalq strukturlarla səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, möv­cud qabaqcıl təcrübənin öyrənilməsinə başlanmışdır.

Əsası umummilli lider tərəfindən qoyulmuş, dövlətimizin cəza-icra sistemindəki islahatlar müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının cəza-icra sistemindəki köklü islahatlar, onların ictimaiyyət, beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunan müsbət nəticələri, ilkin olaraq Heydər Əliyevin bu sahədəki uğurlu siyasətinin, onun xüsusi diqqətinin və gərgin əməyinin nəticəsidir. Aparılan islahaların davamı məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prossesual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalamışdır. 

Əminik ki, ölkəmizin cəza-icra sisteminin fəaliyyətinin beynəlxalq standartlara uyğun olaraq təmin edil­məsi, bir çox sahələrdə olduğu kimi digər dövlətlərə nümunə göstərilməsi məqsədilə aidiyyəti strukturlar, xüsu­silə Ədliyyə Nazirliyi ümummilli liderin müvafiq sahədə miras qoyduğu si­yasətə, dəyərli fikirlərinə dəfələrlə mü­raciət edəcək, onun nəsillərə əmanət etdiyi zəngin irsindən kifayət qədər bəhrələnəcəkdir. 

Musa HÜMBƏTOV,Fəxri ədliyyə işçisi Müasir Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı dövlət quruculuğunun butun sahələrində həyata keçirilmiş köklü islahatların təşəbbüskarı və təşkilatçısı kimi çağdaş tariximizə qızıl hərflərlə yazılmışdır. 

Musa HÜMBƏTOV,
Fəxri ədliyyə işçisi

Siyasət