“Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik”

post-img

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

AMEA Rəyasət Heyəti ilə və birgə təşkil edilən elmi məclisi giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Ümummilli liderin ölkəyə rəh­bərliyinin hər iki dövründə həyatın bü­tün sahələrində qeydə alınan inkişaf­dan danışaraq bildirib ki, birinci dövrdə Azərbaycan geridə qalmış aqrar ölkə­dən inkişaf etmiş sənaye ölkəsinə çevrilmiş, ikinci mərhələ isə ölkəmizin çətin ictimai-siyasi dövrünə təsadüf et­mişdir. Dünya miqyaslı siyasət və döv­lət xadimi Heydər Əliyev müstəqilliyin ilk dövründə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi qarşısında qa­lan Azərbaycanı bu təhlükədən xilas etmiş, adını tariximizə əsl xilaskar kimi həkk etmişdir. 

Azərbaycan Milli Elmlər Akademi­yasının prezidenti, akademik İsa Hə­bibbəyli konfransda “Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasir dövr” mövzusunda məruzə edib. Aka­demik bildirib ki, Heydər Əliyev dünya­nın ən görkəmli siyasi liderləri arasında özünəməxsus yeri olan, dünya səviy­yəli siyasi liderdir. AMEA-da ardıcıl olaraq Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfransların, tədbirlərin keçirildiyini diqqətə çatdıran akademik qeyd edib ki, bu proses ulu öndərin nadir şəxsiyyətinin, mənalı həyatının və zəngin siyasi irsinin elmi əsaslarla tədqiq olunaraq araşdırılması məqsədi daşıyır. 

Konfrans zamanı AMEA-da “Heydər Əliyev İli” çərçivəsində nəşr olunan çoxsaylı kitablar, elmi əsərlər iştirakçıların diqqətinə çatdırılıb.

 

“Xalq qəzeti”

Son xəbərlər