Bakıda seysmologiyanın inkişafı məsələləri müzakirə olunur

post-img

Dünən Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” üzrə VII Beynəlxalq konfrans işə başlayıb. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda seysmologiya xidmətinin əsaslarının ulu öndər tərəfin­dən yaradıldığını, onun göstərdiyi dəstək sayəsində inkişaf etdiyini vurğulayıb.

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbəri, professor Hasan Man­dal təbii fəlakətlərin başvermə tezliyinin getdikcə artacağını, ölkələrin onun nə­ticələrini aradan qaldırmaqda çətinliklə üzləşəcəyini diqqətə çatdırıb. 

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev zəl­zələlərin öncədən proqnozlaşdırıla bilin­mədiyini, lakin onun acı nəticələrinin qar­şısını almağın mümkün olduğunu deyib.

Konfransda, həmçinin Böyük Britani­yalı seysmoloq Yan Pirs, ABŞ-dan Erik Sandvol, Gürcüstandan Tea Godoladze və Rusiyadan gəlmiş Boris Trifonov çıxış edərək mövzuların seysmologiya elminin inkişafına töhfə verəcəyini bildiriblər.

“Xalq qəzeti”

Son xəbərlər