“Əziz Şuşa” beynəlxalq velosiped yarışına start verildi

post-img

Dünən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib. 

Tədbirdə “Əziz Şuşa” beynəlxalq ve­losiped yarışının direktoru Ronald Ho­fer, yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov, Gənclər və İdman Nazirli­yinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva, yarısın təh­lükəsizlik üzrə meneceri, Azərbaycan Ve­losiped Federasiyasının İcraiyyə Komitə­sinin üzvü Vüqar Salahov iştirak ediblər.

Azərbaycan Velosiped Federasiya­sının baş katibi Elnarə Musayeva “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnir olduğunu bildirərək deyib ki, 14 ölkədən 16 komanda iştirak edəcək. Onlar artıq Bakıdadır. 

Yarışın direktoru Ronald Hofer turni­rin böyük tədbir olduğunu qeyd edərək, yüksək təşkilatçılığa görə Azərbaycan Velosiped Federasiyasına təşəkkürünü bildirib.

Xatırladırıq ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-dən 11-dək ke­çiriləcək.

“Xalq qəzeti”

Son xəbərlər