Bişkekdə ulu öndərin 100 illiyinə həsr olunan konfrans

post-img

Qırğızıstanın paytaxtı Bişkek şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə Qırğızıstan Xalqlar Assambleyasının, yerli hökumətin və icti­maiyyətin, türk, qazax, özbək, uyğur, ta­cik, çeçen diasporlarının nümayəndələri, Qırğızıstan və Qazaxıstanda yaşayan soydaşlarımız iştirak ediblər.

Birliyin sədri Xansıvar Baxşəliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lə­tif Qəndilov, Qırğızıstan Xalqlar Assam-bleyasının sədri Almanbet Matubraimov, Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin millətlərara­sı münasibətlər idarəsinin rəisi İskəndər Eşimbekov, Qırğızıstan parlamentinin eks-spikeri, professor Zaynidin Kurmanov və başqaları ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əldə olunması, möhkəmləndirilməsi, dinamik inkişafı na­minə həyata keçirdiyi misilsiz və əvəzsiz xidmətləri diqqətə çatdırıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Son xəbərlər