Prezident İlham Əliyev: Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi

post-img

Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib.

Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.

Siyasət