Macarıstanın dəvəti ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə uğurlu görüş keçirilib.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabına yazıb.
H.Hacıyev qeyd edib ki, görüş zamanı TDT-nin Qəbələ Sammitinin nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrlik prioritetlərinə istinad edilərək, mövcud qlobal çağırışlar kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
"Prezident İlham Əliyevin TDT-nin əvvəlki sammitlərində vurğuladığı kimi, Türk dünyası – gənc demoqrafiyası, zəngin təbii sərvətləri, enerji potensialı və əsas nəqliyyat marşrutları da daxil olmaqla strateji geosiyasi mövqeyi sayəsində – Avrasiya qitəsində mühüm yer tutur və TDT mühüm geosiyasi mərkəzə çevrilmişdir", - H.Hacıyev qeyd edib.

