Qlobal Bakı Forumunda kifayət qədər maraqlı müzakirələr aparılır - Vinni Byanyima

post-img

Pandemiya bir çox məsələlərdə, xüsusilə iqtisadi cəhətdən ölkələrə zərər verdi. Bununla yanaşı, vaksinlər yaradılana qədər bir çox insan COVID-19 nəticəsində həyatını itirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ifadə edib.

Səhiyyə sisteminin qlobal səviyyədə inkişafı üçün iqtisadiyyatı deyil, insan həyatını düşünməyin lazım olduğunu vurğulayan Vinni Byanyima deyib: "Bu Forumda bir çox məsələlər müzakirə edilir və kifayət qədər maraqlı iclaslar olub. Enerji, səhiyyə, müharibə kimi mövzularda diskussiyalar keçirilir. Düşünürəm ki, bu fikir mübadilələri dünyamızda sülhün və sabitliyin bərqərar olmasına böyük töhfələr verəcək”.

Siyasət