Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Əlavə məlumat:
Paytaxtın Nəsimi rayonunda atışma olub, xəsarət alan var.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla məlum olub ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.